Lənkəranski bu səbəbdən öldürüldü - İstanbul polisi detalları açıqlayır

Lənkəranski bu səbəbdən öldürüldü - İstanbul polisi detalları açıqlayır

23-08-2016 14:37 / Bu xəbər 4137 dəfə oxundu

Beşiktaşda avtomat silahlarla avtomobilinə atəş açılması nəticəsində öldürülən Rövşən Lənkəranskinin (Canıyev) ölümü ilə bağlı ilginc detallar üzə çıxıb.

Ölkə.az xəbər verir ki, Rövşəni öldürən sui-qəsdçilərin bir ay əvvəldən İstanbula gəldikləri və onu izlədikləri müəyyənləşdirilib. Açılmış cinayət işi ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 6 nəfər şübhəli şəxs qismində saxlanılıb.

İddiaya görə sui-qəsd komandası qətldən bir ay əvvəl Türkiyəyə gəlib. Sui-qəsdçilər hələ Rövşən Türkiyəyə gəlməmişdən onun Türkiyədə gedəcəyi ehtimal edilən yerləri öncə Antaliyada, daha sonra İstanbulda gəzərək yaxından tanıyıblar. Polisin cinayətlə bağlı 3-ü Azərbaycan vətəndaşı olan 6 nəfərlə birlikdə sui-qəsdçilərə Rövşən haqda məlumatlar ötürən yenə Azərbaycan əsilli bir şübhəlini də saxladığı deyilir. Rövşənin hadisə baş verən günü getdiyi yerlərdəki kameralar vasitəsilə həmin şəxslərə aid məlumatlar əldə edilməyə çalışılır.

İNTİQAM ÜÇÜN ÖLDÜRÜLDÜ

Kamera görüntülərini araşdıran polislər sui-qəsdçilərin Antaliyadan kirayə götürülmüş avtomobillə mehmanxana ətrafına gəldiklərini müəyyən edib. Polislərin həmin avtomobilə əl qoyub. Hadisə yerində həmçinin bir ədəd uzun lüləli silah, tapança və 65 boş güllə tapılıb.

Digər tərəfdən, istintaqı dərinləşdirən İstanbul polisi Rövşənin qətlinin səbəbi kimi 2013-cü ildə İstanbulda törədilən bir cinayətin qisası ola biləcəyi ehtimalı üzərində dayanıb. 18 avqust 2013 tarixində Bahçeşehirdə lüks bir villanın hovuzunda Rövşənin türmədən tanıdığı azərbaycanlı iş adamı və cinayətkar aləmdə tanınan Əli Həmidov öldürülmüşdü. Hadisə vaxtı yaralanan rus əsilli Asiyat Alaşov polisə verdiyi ifadəsində Həmidovun ölərkən onun qulağına "Rövşən" adını pıçıldadığını deyib. İddialara görə Rövşən "yeraltı" hesablaşmasında Həmidovun ölüm əmrini veribmiş. Bundan sonra rəqibləri tərəfindən öldürülməsi üçün başına 5 milyon dollar mükafat qoyulan Rövşən Lənkəranski də Əli Həmidovun adamları tərəfindən intiqam məqsədilə qətlə yetirildi. Həmin iddiaya görə Rövşənin qətli üçün Həmidovun da öldürüldüyü tarix olan 18 avqust xüsusi təyin olunub.

Digər bir iddiada isə 16 yanvar 2013-cü ildə kürd əsilli mafiya lideri Ded Xasanı Rusiyada öldürülməsində Rövşənin rolunun olduğu, bundan sonra rus rəsmilərin mafiya müharibəsində Rövşənin Türkiyəyə qaçdığını müəyyən etdiyi və Ded Xasanın adamlarının Rövşənin qətli üçün 12 killeri Türkiyəyə göndərdiyi irəli sürülüb. İstanbul polisinin bu ehtimal üzərində də iş apardığı deyilir.
 
Arqument.Az