Lerikdə broyler fabrikində baş vermiş partlayışla bağlı cinayət işi başlanıb

Lerikdə broyler fabrikində baş vermiş partlayışla bağlı cinayət işi başlanıb

28-07-2017 15:11 / Bu xəbər 1201 dəfə oxundu

Lerik rayonunun Piran kəndində quşçuluq müəssisəsində baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.

Bu barədə "Qaynarinfo"ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, Piran kənd sakini Valeh Məmmədov bədbəxt hadisə nəticəsində ölüb.

Qeyd olunur ki, iyulun 27-də saat 11 radələrində Lerik rayonunun Piran kəndi ərazisində yerləşən quşçuluq müəssisəsinin kəsim sexində, orada çilingər işləyən kənd sakini Valeh Məmmədov su qızdırmaq üçün quraşdırılan qazanın alışdırıcısında yaranan nasazlığı aradan qaldırarkən ani partlayış baş verib və nəticədə V.Məmmədov hadisə yerində ölüb.

Orada fəhlə işləyən kənd sakinləri Mehman Mirzəyev və Akif Aslanov isə xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.