Lerikdə olay: "Deputat "Relax"a gələn vergi məmurlarını döydürüb"

Lerikdə olay:

18-08-2019 14:46 / Bu xəbər 2385 dəfə oxundu

Milli Məclisin deputatı İqbal Məmmədovla bağlı daha bir məlumat yayılıb.

İqtisadçı-ekspert Qulu İbrahimli "Facebook” hesabında İqbal Məmmədovun ona məxsus olan "Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşlarını döydürdüyünü yazıb.
Deputat İqbal Məmmədov

İqtisadçının yazıb ki, vergi mənimsəmələri ilə bağlı "Relax"a gələn nazirlik əməkdaşları deputatın tapşırığına əsasən içəri buraxılmayıb və onlara fiziki zor tətbiq edilib: "İqbal Məmmədov "Relax”a gələn vergi işçilərini döydürüb. O, yoxlamaya gələn vergi işçilərini və köməyə çağırılan polisləri içəri buraxmayıb. Vergi işçilərini kütləvi döyüblər. Sanıram ki, dövlət və Vergilər Nazirliyi prinsipial mövqe ortaya qoymalıdır. Cəmiyyət də Vergilər Nazirliyinə güvənir. Ağlım kəsmir ki, hansısa nüfuzlu şəxs İqbal Məmmədovu bu dəfə müdafiə etsin. Həmin adam özünü də yandırar". 

Onun sözlərinə görə, hadisə ilə bağlı həbs edilənlər var: "Vergilər Nazirliyinin yüksək rəhbər şəxsləri və Respublika Prokurorluğunun nümayəndəsi Bakıdan dünən dərhal Lerikə gediblər. Həbslər var. Sabah ətraflı bəhs edəcəyəm. Hadisəni gizlətmək mümkün deyil. Bu dəfə deputat toxunulmazlığı İqbala kömək etməməlidir”.

Baş verənlərlə bağlı deputatla əlaqə saxlamaq mümkün olmayıb.