Lerikdə partlayış – ölən və yaralananlar var

Lerikdə partlayış – ölən və yaralananlar var

27-07-2017 14:59 / Bu xəbər 602 dəfə oxundu

Lerik rayonunda broyler fabrikində partlayış olub.

Hadisə Piran kəndi ərazisində qeydə alınıb.

Rayon Fövqəladə Fallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, hadisə kəsim sexində olub. Partlayış nəticəsində ölən və yaralananların adları məlum olub. 

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində fabrikdə işləyən, Lerikin Piran kənd sakini, 1982-ci il təvəllüdlü Valeh Oruc oğlu Məmmədov dünyasını dəyişib. 

Partlayış nəticəsində daha iki nəfər – 1978-ci il təvəllüdlü Mehman Ağamir oğlu Əliyev və 1975-ci il təvəllüdlü Akif Oruc oğlu Aslanov xəsarət alıblar.

Lerikdən olan ictimai fəal Azər Kazımov sosial şəbəkələrdə yaydığı məlumatda ""Lerik Broyler”in deputat İqbal Məmmədova məxsus olduğunu yazıb. 

Piran kənd bələdiyyəsinin sədri Nəzakət İbrahimova virtualaz.org-a açıqlamasında broyler fabrikinin Milli Məclisin Lerik rayonundan seçilmiş deputatı İqbal Məmmədova məxsus olduğunu təsdiqləyib.