“Lifttəmir” İstehsalat Birliyinin rəhbəri vəzifəsindən azad olunub

“Lifttəmir” İstehsalat Birliyinin rəhbəri vəzifəsindən azad olunub

04-10-2018 16:12 / Bu xəbər 1503 dəfə oxundu

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub.

Report-un xəbərinə görə, bununla bağlı şəhər İcra Hakimiyyəti başçısının müavini, BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov əmr imzalayıb.

Həmin vəzifəyə təyinat olmayıb.

Bugünlərdə BŞİH-in bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində yoxlamalar aparılır.

Preziden İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə BŞİH başçısının müavini vəzifəsinə Eldar Əzizov təyin olunub.
 
Ötən il qızının 400 min dollarlıq toyu ilə gündəmə gələn Qüdrət Şükürov barədə müxtəlif məlumatlar yayılmışdı. Hətta Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən "Bakılifttəmir” İstehsalat Birliyində maliyyə fırıldaqları və məmurların gəlir mənbələri, həmçinin baş direktor Qüdrət Şükürovla bağlı araşdırmalara başlanıldığı iddia olunurdu.