“Lökbatan təklifindən imtina etdik”

“Lökbatan təklifindən imtina etdik”

13-02-2020 17:16 / Bu xəbər 1036 dəfə oxundu

REAL Partiyasının sədri İlqar Məmmədov mitinq üçün Lökbatan təklifindən imtina edildiyini bildirib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə sədr sosial şəbəkədə məlumat paylaşıb.

Aksiya fevralın 16-sı saat 15:00-17:00-da Bakı şəhərində keçirilməlidir.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlərin mitinqlə bağlı müraciətinə cavab olaraq bildirmişdi ki, müraciətə baxılıb və mitinqin Lökbatan qəsəbəsi, 28 May küçəsi, "Neftçi" İdman Klubunun Qaradağ təlim idman bazasında keçirilməsi təklif edilib.