Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildi

Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildi

28-11-2019 17:44 / Bu xəbər 871 dəfə oxundu

Qurumun hüquqları və əmlakı Mərkəzi Banka verildi

Prezident İlham Əliyev noyabrın 28-də Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən qurumun səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilib.

Maliyyə Bazarlarına Nəzarət Palatası 2016-cı ilin fevralında təsis olunub. Mart ayında isə palatanın nizamnaməsi təsdiqlənib.

Palatanın sədri Rüfət Aslanlı idi.

Ötən ilin aprelində Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin Direktorlar Şurası ləğv olunub. 

Bununla da Rüfət Aslanlı vəzifəsini itirib.