Manat daha da ucuzlaşdı

Manat daha da ucuzlaşdı

25-08-2016 16:44 / Bu xəbər 1381 dəfə oxundu

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın avqustun 26-na olan məzənnəsini açıqlayıb.

Rəsmi məzənnəyə görə, avqustun 26-da bir dollar 1,6280 manata bərabər olacaq.

Avqustun 24-ü və 25-də bir dollar 1,6245 manat olmuşdu.

Son aylar bəzi günlər istisna olmaqla manat dollara nisbətən tədricən dəyər itirir.

Ekspertlər ilin sonuna kimi bir dolların bir manat 80 qəpiyə yüksələcəyini proqnozlaşdırırlar.

Arqument.Az