Marmelad zavodunun rəhbərindən açıqlama: "Məlumat əsassızdır"

Marmelad zavodunun rəhbərindən açıqlama:

01-04-2020 21:50 / Bu xəbər 1242 dəfə oxundu

Ötən gün Lənkərandan bir qrup sakin şəhərdə 2-ci mikrorayon dairəsində, sürücülük məktəbinin yanında yerləşən marmelad sexdəki antisanitariya hallarından şikayət 

Onlar bu barədə Arqument.Az-a müraciət ediblər. 

Sakinlər deyirdilər ki, köhnə kondensator zavodunun binasında yerləşən sexdə şəraitsizlik hökm sürür.

"İşçiləri əsasən kasıb, çoxuşaqlı, müxtəlif yaş qrupuna aid qadınlardır. "İstehsal prosesi" kiçik dördkünc plasmas stolun arxasında dörd-beş nəfərin marmelad bükməsindən ibarətdir. Bu qapalı məkanda heç bir sanitar-gigiyenik prosedura, koronavirusdan qorunma tədbirlərinə riayət olunmur", - şikayətçilər bildiriblər.

Marmelad zavodunun rəhbəri İlham Nurəliyev isə məlumatları təkib edib.

O, Arqument.A-za bildirib ki, sakinlərin şikayəti əsassızdır: "Lənkəranda mənə aid olan icarəyə götürdüyüm sexdəki antisanitariya və başqa şikayətlər əsassızdır. Siz əgər özünüz sexdən gəlib münasibət öyrənmək istəsəydiniz, ən azından mənim münasibətimi öyrənə bilərsiniz. Bu illər ərzində öz səylərimiz və əziyyətimizlə ayaqda qalmağa çalışsaq da, bizi hansısa məmurlarla əlaqələndirib fəaliyyətimizə kölgə salmağa çalışırlar. Xüsusən də son illərdə isə bu hal daha vüsət almağa başlayıb".



İlham Nurəliyev zavoddakı durumla bağlı fotogörüntülər də təqdim edib: "Aşağıda göndərdiyim şəkillər istehsal sahəsinin içində olan iş rejimi və işçilərin gigeyinik qaydalarının görüntüsüdür. Orada işləyənlər kasıb ailələr olduğu üçün də biz onların gördüyü işi dəyərini qiymətləndiririk. Baxmayaraq ki, istehsalımızın əsas hissəsin avtomatlaşdırılmış avadanlıqlarla həll edirik. 2015 ci ildəki iqtisadi böhran dövründə belə biz öz qazancımızdan keçsək də, heç bir ixtisara getmədik".

Sex rəhbəri deyir ki, bugünki durumda belə bütün işçilər ixtisarsız öz ailələrini dolandırırlar: "Biz regionun inkişafı üçün Lənkəran kimi yerdə bu sahəni quranda bizim adımızı aid olmadığımız insanlarla hallandırdılar. Bu kimi yollarla bizə təzyiqlər edildi, təbii ki, bu da bizi bir sahibkar kimi üzür. Odur ki, narazı və informasiya yayxın şəxsləri hər an öz istehsal sahəmizə dəvət edirik ki, oradakı işləri gözləri ilə görüsünlər".

"Bəli, icarəyə götürdüyümüz yer köhnə tikilidir, amma nəzərə alın ki, istehsal üçün Lənkəranda böyük və şəraiti olan yer tapmaq mümkün deyildi. Yaxın zamanda biz dünya standatlarına cavab verən zavodumuzun açılışını edəcəyik və hər kəsi həmin tədbirdə görmək istəyirik".