Maşallah Əhmədov həbs edildi

Maşallah Əhmədov həbs edildi

15-12-2015 13:49 / Bu xəbər 2601 dəfə oxundu

Azərbaycan futbolunun ən güclü hücumçularından olmuş Maşallah Əhmədovun həbs xəbəri yayılıb.
 
"Bizim yol”un məlumatına görə, veteran futbolçu Binəqədi polisi tərəfindən həbs edilib.
 
Veteran futbolçuya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.  O, 72 min manatlıq dələduzluqda ittiham olunur. 
 
Xatırladaq ki, Maşallah Əhmədov 1977-ci ildən "Neftçi” klubunda oynayıb. O, 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti postunu daşıyır.
 
Binəqədi Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili Vaqif Aslanov apasport.az saytına xəbəri təsdiqləyib.