Maşallah Əhmədovun cəzası 6 il azaldıldı

Maşallah Əhmədovun cəzası 6 il azaldıldı

24-07-2017 18:57 / Bu xəbər 1021 dəfə oxundu

Keçmiş futbolçu dələduzluqda təqsirləndirilir

İyulun 24-də Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun apelyasiya şikayətinə baxılıb.

Meydan TV-nin məlumatına görə, hakim Faiq Qasımovun sədrlik etdiyi prosesdə qərar elan edilib. Qərara görə, M. Əhmədov barəsində olan hökm dəyişdirilib. Onun cəzası 8 ildən 2 ilə endirilib. 

M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan "Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon Məhkəməsi M. Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarsa da, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. O, məhkəmə zalında həbs edilib.