Masallıda 50 evi su basdı

Masallıda 50 evi su basdı

26-10-2016 16:26 / Bu xəbər 1268 dəfə oxundu

İntensiv yağıntılar səbəbindən Masallının ayrı-ayrı yaşayış məntəqələrində subasmalar qeydə alınıb.

Bu haqda APA xəbər verir.

Xəbərdə bildirilir ki, ən acınacaqlı vəziyyət rayonun Böyük Təklə kəndindədir.

Sözügedən kənddə 50-ə yaxın fərdi evlərə sel sularının çatdığı bildirilir. Sel sularının evlərin zirzəmilərinə dolduğu, əkin sahələrinə ciddi ziyan vurduğu deyilir.

Bundan əlavə xeyli sayda ev quşlarının da tələf olduğu söylənir.

Yerli sakinlərin sözlərinə görə, onlar artıq, ikinci ildir ki, analoji problemlə qarşılaşırlar.

Əlaqəli dövlət qurumları Masallı rayonunun kəndlərindəki durumla bağlı hər hansı açıqlama verməyiblər.

Oxşar durum Goranboy rayonunda da baş verib. Həmin rayonda Qaraçay çayının daşdığı, ətraf kəndləri basdığı xəbər verilir.

Arqument.Az