Masallıda "siyasi yol-nəqliyyat hadisəsi" - Müsavatçıya cinayət işi açılıb

Masallıda

13-07-2017 19:11 / Bu xəbər 2078 dəfə oxundu

2017-ci ilin aprelin 5-də Masallı rayon Mollaoba kənd sakini Xasay Fərzulla təsadüfən yol-nəqliyyat hadisəsi törədib. 

Arqument.Az xəbər verir ki, bu barədə bir müddət əvvəl Xasay Fərzulla feysbukda da məlumat yayıb. 

Belə ki, öz maşınında aşağı sürətlə hərəkətdə olarkən rayonun Bədəlan kənd ərazisində həmən kənd sakini Tağıyev Rauf Rafiq oğlu qəfildən yola çıxıb və nəticədə xəsarət alıb. 

Sürücü dərhal onu xəstəxanaya çatdırıb və Bakıda müalicəsinin, o sırada cərrahi əməliyyatın bütün xərclərini, faktiki, öz üzərinə götürüb. Hazırda zərərçəkənin həyatına heç bir təhlükə yoxdur.

Musavat.com-un verdiyi məlumatına görə, bu günlərdə iş baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib və 11 iyul tarixdə, yəni bu gün məhkəmənin ilk iclası keçirilib. 

Lakin zərərçəkmişin nümayəndəsi məhkəmədə iştirak etsə də, özü olmadığından iclas iyulun 18-ə kimi təxirə salınıb. 

Xasay Fərzulla Müsavat Partiyası Masallı Rayon təşkilatının sədridir. Onun verdiyi məlumata görə, istintaqın gedişindən narazılığı var. 

"Şahid ifadələrindəki uyğunsuzluq və Boradigah ərazi nümayəndəsinin məsələni siyasiləşdirərək yaşayış yerində guya mənim müsbət rolumun olmamasını iddia eləməsi, həmçinin onun yazılı şəkildə verdiyi xasiyyətnamədə mənim Müsavatın Masallı təşkilatının sədri olmağımı xüsusi vurğulaması işi hüquqi müstəvidən uzaqlaşdırır”, - deyə Xasay Fərzulla narahatlığını bildirib.

Arqument.Az