Masallının 5 kəndi işıqsız qalıb

Masallının 5 kəndi işıqsız qalıb

21-01-2020 18:37 / Bu xəbər 706 dəfə oxundu

Masallı rayonunun 5 kəndi 3 gündür işqsız qalıb. 

Güllütəpə, Tatyanoba, Yeni Zuvand, Obalar və Yolağac kəndlərinin sakinləri transformatorun sıradan çıxması səbəbindən əhali günlərdir qaranlıqda qalmalı olublar. 

Bu barədə Jamaz.info-ya kənd sakinləri məlumat verib. 

Onlar bildiriblər ki, dünən gecə evlərə cəmi 1 saat elektrik enerjisi verilib. Bu gün isə səhər saatlarından veriliş dayandırılıb, az öncə isə bərpa edilib.

Rəsmi şəxslərin bildirdiyinə görə, problemi aradan qaldırmaq üçün Lənkərandan usta gətiriblər. Lakin problem bir neçə saatdan sonra yenidən baş qaldırıb və transformator növbəti dəfə sıradan çıxıb. 

Qeyd edək ki, adları sadalanan kəndlər dağ ətəyi ərazilərdə yerləşir. Onların bir qismi təbii qazla təmin olunub. Yerdə qalanlar isə evlərin qızdırılması üçün odun və elektrik sobalarından istifadə edirlər.