“Maşında təhqirlərə və sillələrə məruz qaldım”

“Maşında təhqirlərə və sillələrə məruz qaldım”

11-10-2017 23:07 / Bu xəbər 322 dəfə oxundu

Eltac Turan Türk: "Maşında təhqirlərə və sillələrə məruz qaldım"

3 saata yaxın polis nəzarətində tutulan Eltac Turan Türk saxlanılmasının motivlərini "Basta” ya danışıb.

Eltac Turan Türk bildirib ki, saat 12:24 radələrində məcburi köçkünlərin yaşadığı binadan məcburi olaraq çıxarılması haqqında xəbər alıb, həmən ora yollanaraq çəkilişə başlayıb. 

Evlərin birindən qışqırıq səsi eşidən Eltac ora qaçaraq çəkməyə başlayıb. Polislər evdəki əyşaları maşına yükləyərkən ev sahibi etiraz edirmiş…

"Çəkməyimdən narahat olurdular. Dərhal yanıma bir polis serjantı gəldi və kobud şəkildə niyə çəkdiyimi soruşdu. Jurnalist olduğumu və konustitusiyanın buna icazə verdiyini söylədim. Polis uzaqlaşdı. Daha sonra kapitan rütbəsi daşıyan polis işçisi məni zorla çağırdıqları "Mercedes” markalı minik avtomobilinə təpikləyərək, zorla mindirdilər. Maşında çeşidli təhqirlərə və sillələrə məruz qaldım. 7-ci polis bölməsinə gətirildim. Fotoaparatımda olan məlumatların hamısı silindi. Fürsət tapıb dostlarımdan ikisinə xəbər etdim. Sonra isə telefonum əlimdən alındı və söndürüldü. 3 saatdan sonra dostlarım, vəklim gəldi. Burda yazdıqlarımı izahatımda da bildirdim. Vəkilimlə məhkəməyə müraciət edəcəyik”, – Eltac Turan Türk bildirib. 

Eltac Turan Türk bu gün saxlanılaraq Polis Bölməsinə aparılıb. Eltac Turan Türk hakimiyyətin tənqid olunduğu video-çarxları ilə məşhurdur. 

O, Müsavat Partiyası Məclisinin keçmiş üzvü, mərhum Könül Turan Türkün oğludur.