Mübariz Mənsimov aclıq aksiyasını dayandırdı

Mübariz Mənsimov aclıq aksiyasını dayandırdı

31-03-2020 01:29 / Bu xəbər 1269 dəfə oxundu

"Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov aclıq aksiyasını dayandırıb.

Bu barədə M.Mənsimov özü məlumat verib. 

M.Mənsimov aclığı dayandırmasının səbəbini belə izah edib: "Aclıq elan etdiyimə görə yemək yemirəm. Əməliyyat olunmağıma baxmayaraq dərman da içmirəm. Buradakı həkimlər sağlamlığımın ağırlaşdığını bildirirlər. Aclıq dayandırmağım və dərmanları qəbul etməyim üçün israr edirlər. Həkimlər yemək yeməsəm və dərman içməsəm, yaxın vaxtlarda öləcəyimi bildirirlər. Ölsəm, buradakı həkimlər də məsuliyyət daşıyırlar. Əlbəttə, istəmərəm ki, kimsə mənə görə zərər görsün. Hamınızın mənim günahsız olduğuma inanmağınızı istəyirəm. Bu oyunu quranları Allaha həvalə edirəm. Belə oyun quranların Allaha inandıqlarına, müsəlman olmalarına şübhə edirəm. Övladlarımın və ailəmin yalnız qalmaması, dostlarımı üzməmək, düşmənləri sevindirməmək üçün aclıq aksiyasını dayandırıram”.