"Mübarizəmiz cəmiyyəti dəyişməkdir, ümumilli liderin adını yox" - Elman Fəttah

27-08-2016 10:26 / Bu xəbər 1155 dəfə oxundu

"Normal cəmiyyətlərin ümumilli lideri olmur. Məsələn, II dünya savaşı udmuş Çörçil ümumilli lider deyil. Almaniyanı birləşdirmiş Helmut Koll ümummilli lider deyil. Ümummilli lider Liviyada Qəddafi, İraqda Səddam. Şimali Koreyada Kim, Sovetlərdə Stalin idi". 

Arqument.Az xəbər verir ki, bunu Müsavat başqanının müavini Elman Fəttah feysbukda "yeni ümummilli lider lazımdır" fikrinə münasibət bildirərəkən deyib. 

"Qısası ümummilli lider zəruri ərzaq məhsulu deyil. Tarix sübut edib ki, əksinə zərərli «qida»dır. Hansı cəmiyyət yesə, zəhərlənir. Bizim mübarizəmiz isə cəmiyyəti dəyişməkdir. Ümumilli liderin adını dəyişmək yox".

Arqument.Az