Mədəniyyət İdarəsi Həzi Aslanovun ev muzeyi ilə bağlı açıqlama yayıb

Mədəniyyət İdarəsi Həzi Aslanovun ev muzeyi ilə bağlı açıqlama yayıb

16-08-2019 01:26 / Bu xəbər 1578 dəfə oxundu

Lənkəran Regional Mədəniyyət İdarəsinin İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev muzeyinin ad lövhəsi ilə bağlı açıqlama yayıb.

Qurumdan Arqument.az-a daxil olan məlumata görə, sosial şəbəkələrdə muzeyin ad lövhəsi ilə bağlı yayılan şəkil köhnədir: "Müxtəlif internet saytlarında və sosial şəbəkələrdə Lənkəran şəhər Həzi Aslanovun ev muzeyinin ad lövhəsində olan nöqsanlar barədə müxtəlif fikirlər səsləndirilir. Lakin bununla bağlı hazıradək Lənkəran Regional Mədəniyyət İdarəsi ilə əlaqə saxlayıb İdarənin mövqeyini öyrənərək real vəziyyət barədə heç kim məlumat almayıb". 

"Məsələ ilə əlaqədar bildiririk ki, sosial şəbəkədə fotosu yayılan lövhə bir müddət əvvəl muzeyin əməkdaşları tərəfindən dizayn xidmətləri göstərən şirkətə sifariş verilmiş, sifariş alan şirkət tərəfindən lövhədə hərf və ümumi dizayn səhvlərinə yol verilmiş və oraya vurulub. Lənkəran Regional Mədəniyyət İdarəsi tərəfindən dərhal lövhəyə baxış keçirilmiş, hərf və dizayn səhvləri olduğuna görə lövhə oradan sökülmüşdur. Lənkəran Regional Mədəniyyət İdarəsi tərəfindən muzey üçün yeni lövhə sifariş verilmiş və hazırlanmış lövhə muzeyin qarşısına vurulmuşdur. Sosial şəbəkədə yayılan foto köhnə lövhənin fotosudur". 
 
Yeni foto

Qurum ad lövhəsinin yeni fotosunu da sayta təqdim edib.

Qeyd edək ki, bir neçə gün öncə qlobal.az saytı Həzi Aslanovun ev muzeyinin ad lövhəsində hərf səhfləri ilə bağlı xəbər yayıb.

Xəbərdə qeyd edilir ki, qəhrəmanın ev muzeyinə vurulan löhvədə kobud hərf səhvləri var. 
 
Şrift, hərf, qrammatik və simmetrik səhvlərlə dolu olan löhvədə muzeyin tabe olduğu Lənkəran Regional Mədəniyyət İdarəsinin adı da səhv yazılıb. 
 
2000-dən artıq eksponatı olan muzey 2010-cu ildə təmir edilib.