Mədəniyyət və Turizm Nazirliyi: Loqotip üzərində iş davam etdirilir

Mədəniyyət və Turizm Nazirliyi: Loqotip üzərində iş davam etdirilir

18-04-2018 19:05 / Bu xəbər 2316 dəfə oxundu

"Loqotip Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müsabiqə nəticəsində ərsəyə gəlib və ilkin olaraq tədbirlərdə istifadə oluna bilər”. 

Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin sözcüsü Vüqar Şixəmmədov deyib. 

O əlavə edib ki, hazırda loqotip üzərində iş davam etdirilir, bütün variantlar müvafiq qaydada təsdiqə veriləcək.

Mədəniyyət və Turizm Nazirliyi dünən "Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipini hazırklayıb ictimaiyyətə təqdim etmişdi. 

Açıqlamada bildirildi ki, sözü gedən loqotip Azərbaycan Prezidentinin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və "2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi” haqqında sərəncamlarına əsasən hazırlanıb. 

Loqotipdən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərində istifadə ediləcək.

Dünən loqotip paylaşıldıqdan sonra sosial şəbəkələrdə tənqid edildi. Loqotipin uğursuz və keyfiyyətsiz olması barədə fikirlər səsləndirildi.