Məhkəmə Mübariz Mənsimovla bağlı həbs qərarı çıxartdı

Məhkəmə Mübariz Mənsimovla bağlı həbs qərarı çıxartdı

17-03-2020 13:32 / Bu xəbər 932 dəfə oxundu

FETÖ (Fətullah Gülən) istintaqı zamanı saxlanılan azərbaycanlı iş adamı Mübariz Mənsimovla bağlı həbs qərarı verilib.

Bu barədə Türkiyənin "Milliyyət” qəzeti məlumat yayıb. 

Verilən məlumata görə,  Mübariz Mənsimov və iş meneceri Nuray Nurcihan Perker İstanbul Respublika Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayət istintaq Bürosu tərəfindən başladılan istintaq çərçivəsində nəzarətə alınıb. 

Evdə və iş yerində axtarışda olan məşhur iş adamı təhlükəsizlik əməliyyatlarından sonra ədliyyəyə təhvil verilib. 

Martın 16-da axşam saatlarında Mübariz Mənsimov (Qurbanoğlu) və iş meneceri Nuray Nurcihan Perker  Çağlayandaki İstanbul Ədalət Sarayına göndəriib. Bildirilib ki, Mənsimov və Perker  prokurorluğun həbs tələb edilən ifadələrindən sonra məhkəməyə göndərilib. 

Mübar Mənsimov həbs olunub,  Perker "məhkəmə nəzarəti” qərarı ilə sərbəst buraxılıb.