“Mehman Əliyev həbsi”nin müəmması - Arif Hacılı yazdı

“Mehman Əliyev həbsi”nin müəmması - Arif Hacılı yazdı

11-09-2017 23:10 / Bu xəbər 1153 dəfə oxundu

Müsavat başqanı Arif Hacılı bu gün İlham Əliyevin xüsusi tapşırığı ilə azadlığa buraxılan Mehman Əliyevin müəmmalı həbsindən danışdı.

Arif Hacıl bu barədə öz "Facebook” səhifəsində yazıb.

"İddialara görə ölkədə İlham Əliyevin xəbəri olmadan Mehman Əliyev çapında bir ictimai xadimin həbsinə siyasi qərar verməkdən çəkinməyən güc mərkəzi var imiş. Bu həbsin müəmmaları içində düşünülüb nəticə çıxarılmalı əsas məsələ budur”.///bastainfo.com

Sentyabrın 11-i "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev azadlığa buraxılıb.

Bununla bağlı Yasamal Rayon Məhkəməsi qərar verib.

Müdafiə tərəfi məhkəməyə Mehman Əliyev barədə seçilən həbs qəti imkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı müraciət etmişdi.

Mehman Əliyev avqustun 24-də saxlanılmıışdı. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülmüş, məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçmişdi. M.Əliyev bütün ittihamları rədd edərək, onları siyasi motivli adlandırmışdı.

Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına səsləyiblər. ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini tələb etmişdi.

Üstəlik, ABŞ Senatının komitəsinə Mehman Əliyevin həbsində məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq edilməsi ilə bağlı düzəliş təqdim edilib.

Sentyabrın 11-i prezidentin köməkçisi Əli Həsənov da bildirmişdi ki, prezident İ. Əliyev "Turan” İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılmasından ötrü aidiyyəti orqanlara tapşırıq verib.