Mehman Hüseynov azad edilmədi

Mehman Hüseynov azad edilmədi

24-08-2018 17:00 / Bu xəbər 1850 dəfə oxundu

Bu gün bloger Mehman Hüseynovun vaxtından əvvəl azad edilməsi ilə bağlı müraciətinə baxılıb.

Proses Qaradağ rayonu ərazisində yerləşən və Mehman Hüseynovun cəzadını çəkdiyi 14 saylı İslah-Əmək müəssisəndə olub. 

Məhkəmə İslah-Əmək Müəssisəsinin təqdim etdiyi arayışa əsaslanaraq, Mehman Hüseynovun azad edilməməsi haqqında qərar çıxardıb.

Bu barədə məlumatı vəkil Şəhla Hümbətova verib.