Mehman Hüseynov həbs edildi - YENİLƏNİB

Mehman Hüseynov həbs edildi - YENİLƏNİB

03-03-2017 14:30 / Bu xəbər 2224 dəfə oxundu

Vəkil: "Qərar qanunsuzdur"

M.Hüseynovun vəkili Elçin Sadıqov AzadlıqRadiosuna deyib ki, Mehman Hüseynovun 2 il həbs cəzası alması qərarından apellyasiya şikayəti veriləcək.

"Bu qərar qanunsuzdur, əsassızdır və bundan apellyasiya şikayəti verəcəyik", –deyə vəkil vurğulayıb.

* * * 
 
Mehman Hüseynov 2 il azadlıqdan məhrum edildi.

* * *

Martın 2-də Suraxanı Rayon Məhkəməsində bloqqer Mehman Hüseynova 3 il həbs istənilib. 

Bu haqda məhkəmədə bloqqeri məhkəməyə vermiş Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin nümayəndəsi Əlirza Əbilov çıxışında bildirib.

Mehman Hüseynov son sözündə deyib ki, bu, jurnalist fəaliyyətinə görə yuxarıdan gələn sifarişdir.

İddiaya baxan hakim Ceyhun Qədimovun sədrliyilə məhkəmə heyəti müşavirəyə gedib.

Mehman Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloger bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.

Nəsimi Rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

Yanvarın 11-də M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.

Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb. 
 
mənbə: azadliq.org