Mehriban Əliyeva: ''Salaam Cinema'' dövlətin nəzarəti altındadır

Mehriban Əliyeva: ''Salaam Cinema'' dövlətin nəzarəti altındadır

08-05-2019 01:21 / Bu xəbər 827 dəfə oxundu

Birinci vitse-prezident: ''Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir''

Mehriban Əliyeva "Salaam Cinema" ətrafında baş verən məsələlərə münasibət bildirib və məsələnin dövlətin nəzarətində olduğunu qeyd edib. 

Bu barədə onun "İnstagram” hesabında məlumat verilib:

"Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir. Onun həlli üçün həm vətəndaş mövqeyi, həm insanların öz doğma şəhərinin simasına biganə yanaşmaması, həm də fəal ictimai nəzarət gərəkdir. Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır. Ölkəmizin mədəni irsinə xələl gətirilməməsi üçün bütün lazımi tədbirlər görülür, axı unikal və müxtəlif memarlıq abidələri bizim ümumi sərvətimizdir. Ölkəmizi, şəhərimizi doğma evimiz – ümumi evimiz kimi qorumalıyıq".

Bir qrup gəncin təsis etdiyi "Salaam Cinema Baku” kinoteatrına mayın 6-da polis və icra hakimiyyəti işçiləri daxil olublar. 

Mülkün sahibi əvvəl razılıq versə də, indi gənclərin binanı tərk etməsini istəyir. 

Təsisçilər binanın tarixi abidə olduğunu iddia edirlər.