Məktəblinin intiharı ilə bağlı yaradılan komissiya işini yekunlaşdırıb

Məktəblinin intiharı ilə bağlı yaradılan komissiya işini yekunlaşdırıb

10-04-2019 17:37 / Bu xəbər 1196 dəfə oxundu

Sosial şəbəkələrdə hadisə ilə bağlı kampaniya başlayıb

Təhsil Nazirliyində paytaxtın 162 nömrəli tam orta məktəbinin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar etməsi ilə bağlı iclas keçirilib.

İclasda hadisənin təfərrüatının araşdırılması məqsədilə yaradılan xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi Aparatının rəhbər şəxsləri iştirak ediblər.

Xidməti araşdırmanın nəticələri qərar qəbul edilmək üçün təhsil nazirinə təqdim edilib.

Eyni zamanda, sosial şəbəkələrdə Elina Hacıyevanın intiharı ilə bağlı kampaniya başlayıb.

Kampaniyanın təşəbbüskarı hüquqşünas Nicat Məmmədbəyli yaydığı müraciətdə qeyd edib ki, Elina Hacıyevanın intiharına səbəb onun şagird yoldaşları tərəfindən dəfələrlə "bullinq”ə (UNICEF-ə görə bullinq uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır) məruz qalması, müxtəlif təhqiramiz ifadələrlə çağrılaraq psixoloji sarsıntı keçirməsi qeyd edilir.

Bullinq
Mənbə: Bullinqəson

E.Hacıyevanın anasının mətbuata verdiyi açıqlamaya görə, Elina məktəb yoldaşları tərəfindən törədilmiş "bullinq”dən uzun müddət əziyyət çəkib və o, bununla bağlı məktəb rəhbərliyinə müraciət edib. Onun sözlərinə görə, məktəb rəhbərliyi isə bununla əlaqədar heç bir addım atmayıb.

N.Məmmədbəyli müraciətində bildirib ki, kampaniyaya qoşulmaq və hadisələrdən xəbərdar olmaq üçün #BullinqəSon və #ElinaÜçünSusma həştəqlərindən istifadə etmək olar.

Hadisə ilə bağlı Bakı şəhəri Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (Özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanılıb.