Müəmmalı yanğında məmur izi: Fəzail Hüseynov obyektə necə əl qoyub?

Müəmmalı yanğında məmur izi: Fəzail Hüseynov obyektə necə əl qoyub?

23-05-2016 01:28 / Bu xəbər 2526 dəfə oxundu

İki gün öncə Sumqayıtda yanğın hadisəsi qeydə alınıb. 

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yer alan xəbərə görə, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan tibbi spirt istehsalı sexinin dam örtüyünün yanar konstruksiyaları, içərisində 3 boş 1 dolu olan 6 kub.m spirt çəni, 3 ədəd spirt istehsalı dəzgahı və tibbi ləvazimatlar yanıb.
 
Baş vermiş yanğın hadisəsi ilə bağlı ilginc məlumatlar yayılıb.

Yanmış obyekt haqda şəhərdəki mənbələrdən saytımıza daxil olan məlumata görə, artıq 20 günə yaxın imiş ki, bu yer ətrafında böyük qalmaqal yaranmış imiş. Belə ki, adını dəqiqləşdirə bilmədiyimiz iş adamının burdakı fəaliyyətinə Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul işçiləri tərəfindən açıq şəkildə müdaxlə olunub. 

Belə ki, mənbənin sözlərinə görə Sumqayıt şəhər icra hakimiyyəti memarlıq və tikinti şöbəsinin müdiri Hüseynov Fəzail Ağalar oğlu bu əraziyə qanunsuz olaraq müdaxilə edib: "Bütün hüquqi sənədlərlə çəxsi mülkiyyət olan obyektin boşaldılması tələb olunub və bu binada hansısa şəhər qurumu yerləşdirilib. İş adamının mülkiyyət hüququnun tanımayan F.Hüseynov hətta obyektin sahibini belə əraziyə buraxmamaq göstərişi verərək burda polis postu yerləşdirib”.

Məlumatdan belə aydın olur ki, artıq neçə gün imiş ki, obyekt qeyri-qanuni olaraq iş adamının əlindən alınıbmış və faktik olaraq yanğın baş verən vaxt ərazi üzərində şəhər icra hakimiyyətinin rəsmisi Fəzail Hüseynovun nəzarəti var imiş. Yeri gəlmişkən, olayın bu təfərrüatları bəlli olduqdan sonra ələ keçirilməsi istənilən obyektdə yanğın baş verməsi də müəyyən suallar yaradır. Çünki, buna qədər hansısa məkanın ələ keçirilməsi üçün süni yanğınlar düzəldilməsi hallarına rast gəlinib və bu olayların əksərində icra hakimiyyətlərinin adları hallanıb.
 
Arqument.Az