"Mənəvi cazibə gücü neft puluna alınmaz" - İlqar Məmmədov

09-07-2017 12:37 / Bu xəbər 1072 dəfə oxundu

ReAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədov cəbhədə baş verən son hadisələrə münasibət bildirib

İlqar Məmmədov həbsxanadan göndərdiyi məktubda yazır:

"Qarabağ münaqişəsilə bağlı beynəlxalq sənədlərin icrasına əngəl olan ən təsirli amil Azərbaycan hakimiyyətinin 25 il ərzində bu sənədlər ətrafında hər hansı koalisiya, ya da birlik yarada bilməməsidir. Mənəvi cazibə mərkəzinə çevrilmədən buna nail olmaq mümkün deyil. Mənəvi cazibə gücü neft puluna alınmaz. O, yalnız demokratik, insan simalı dövlətə məxsus ola bilər".

23 yanvar 2013-cü il İsmayıllı iğtişaşlarına görə saxlanılan REAL Hərəkatının sədri İlqar Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Haqları Konvensiyanın 5.1 və 5.4 maddəsi (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyasi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını tanıyıb.

Hökumət İlqar Məmmədova eyni zamanda 22 000 avro kompensasiya ödəməlidir.

2015-ci il iyunun 11-də Avropa Şurası Nazirlər Komitəsinin 1230 saylı toplantısı keçirilib. Toplantıda "İlqar Məmmədov Azərbaycana qarşı” məhkəmə işinin müzakirəsi aparılıb.

Toplantının protokolunda göstərilir: "İlqar Məmmədov Azərbaycana qarşı" işi ilə bağlı 22 may 2014-cü ildə qərar qəbul olunub, 13 oktyabr 2014-cü ildə qərar qüvvəyə minib.