Merkel: "Türkiyənin Avropa Birliyinə üzv olmasını istəmirəm"
17-05-2019 00:02 / Bu xəbər 1091 dəfə oxundu
Almaniya kansleri Angela Merkel 31 martda Türkiyədə keçirilən seçkilərdən sonra yaşananlar barədə açıqlama verib.
Bu barədə Almaniyanın "Süddeutsche Zeitung" qəzeti məlumat yayıb.
O deyib ki, seçkidən sonra yaşananlar Türkiyə ilə bağlı narahatlıqlar yaradır: "Bütün bunlardan sonra Türkiyənin Avropa Birliyinə üzv olma şansı qalmır və bütün bunlar Türkiyə haqqında narahatlıq yaradır”.
Angela Merkel qeyd edib ki, Türkiyə ilə müzakirələr davam edir: "Lakin rəsmi Ankaranın Avropa Birliyinə üzv olmasını istəmirəm".
Hələlik Merkelin bu açıqlamasına rəsmi Ankaradan heç bir cavab gəlməyib.
toplum.tv