Mərkəzi Bankın dollar hərracının müdhiş sirri

Mərkəzi Bankın dollar hərracının müdhiş sirri

25-11-2016 15:27 / Bu xəbər 600 dəfə oxundu

Mərkəzi Bankın valyuta hərraclarının saxtakarlığı faş olub. 

Ölkənin baş bankındakı vəzifəli şəxslərdən birinin 24saat.org-a verdiyi qeyri-rəsmi məlumata görə, keçirilən hərraclarda satışa nağd dollar çıxarılmır.

24saat.org saytı xəbər verir ki, AMB formal keçirdiyi hərraclar az qala kosmetik xarakter daşıyır. Satışa çıxarıldığı iddia olunan dollar kütləsi banklara nağd olaraq deyil, depozit şəklində satılır.

Mərkəzi Bankdan özəl banklara tövsiyyə olunur ki, depoziti satışa çıxarsınlar. Məhz buna görə də, banklarda dollar qıtlığı yaranır və ajiotajı yaşanır. Nəticədə isə banklar dollar sata bilmir.

Gün ərzində AMB-nin Mətbuat üçün ayırdığı (+994 12) 493-11-22 (572) nömrəsi zənglərimizə cavab vermədiyindən məsələ ilə bağlı Mərkəzi Bankın mövqeyini öyrənə bilmədik.

Qeyd edək ki, dollar satmayan banklar bunlardır:

"Bank of Baku”
"Bank Respublika”
Pakistan Milli Bankının Bakı filialı
Azərbaycan Sənaye Bankı
Azər-Türk Bank
Ziraat Bank
"Naxçıvanbank”
"Kapital Bank”
"VTB Bank”
"Paşabank”

24saat.org