Meşə yanğınları ilə bağlı şübhəli şəxslər müəyyən edildi

Meşə yanğınları ilə bağlı şübhəli şəxslər müəyyən edildi

03-08-2018 18:28 / Bu xəbər 4579 dəfə oxundu

Son günlərdə müşahidə olunan meşə yanğınları ilə bağlı şübhəli şəxslər müəyyən edilib.

Qaynarinfo-nun məlumatına görə, bunu mətbuat konfransında ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, şübhəli şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub və hazırda araşdırmalar davam etdirilir.

H.Əlizadə qeyd edib ki, iyulun 28-də Altıağac Milli Parkının ərazisinə keçən və 70 hektar ərazini əhatə edə yanğınlar tamamilə söndürülüb: "Yanğınlar üç gün davam etdi. Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşlarının və aviasiya dəstəsinin operativliyi nəticəsində yanğının qarşısı alındı".

Qeyd edək ki, 2018-ci ilin 7 ayında Azərbaycanda 19 meşə və çöl yanğın hadisəsi baş verib. Bu ilin ötən dövründə baş verən yanğın hadisələri nəticəsində 701 hektar meşə və çöl əraziləri yanğına məruz qalıb.

Yanğınlar Şabran, Oğuz, Yardımlı Ağdaş, Lənkəran, Xaçmaz, Xızı, Ağsu, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göyçay, Masallı, Şəki və Siyəzən rayonlarında qeydə alınıb.