"Mətbuatda sizə qarşı çirkin kampaniyalar aparılırdı, onların bizim aramızda yeri yoxdur"

16-03-2020 18:26 / Bu xəbər 1140 dəfə oxundu

"Mən sizə göstəriş vermişdim ki, sizin nazirlik çox ciddi monitorinq, uçot aparsın. Onu da bilirəm ki, siz bu uçotu tətbiq etməyə başlayanda yerli icra orqanları tərəfindən böyük müqavimətlə rastlaşdınız”. 

Demokrat.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən deyib.

Ölkə başçısı bildirib ki, nazir Sahil Babayevə qarşı təxribatlar törədilib.

"Sizə qarşı təxribatlar törədildi, eyni zamanda, mətbuatda çirkin kampaniyalar aparıldı. Biz bu kampaniyanın sifarişçilərini də yaxşı tanıyırıq. Onların bizim aramızda yeri yoxdur. Ona görə nazirlik tərəfindən bütün bu işlər tam nəzarətə götürülməlidir”, - deyə Prezident əlavə edib.