Məzahir Pənahov: "30 saylı Suraxanı birinci seçki dairəsində seçicilərə ərzaq paylayıblar"

Məzahir Pənahov:

27-01-2020 17:24 / Bu xəbər 1294 dəfə oxundu

Mərkəzi Seçki Komissiyasına (MSK) 30 saylı Suraxanı birinci seçki dairəsindən ciddi qanun pozuntuları ilə bağlı şikayətlər daxil olub.

APA-nın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib. 

MSK sədri deyib ki, ümumilikdə bu tipli şikayətlərlə bağlı araşdırma aparılır: "Seçicilərin ələ alınması üçün ərzaq paylamaq Seçki Məcəlləsinə meydan oxumaqdır. Bu cür hallara yol vermək olmaz. Bütün bu hallarla bağlı sosial şəbəkələrdə yayılmış görüntülər də MSK tərəfindən araşdırılır. Bu, digər məsələlərlə müqayisə olunmayacaq qanun pozuntusudur. MSK bu kimi hallara çox pis yanaşır və bu hallarla bağlı ciddi ölçü götürüləcək”.