Mühacirlər Avropada yeni hərəkat yaradıblar

Mühacirlər Avropada yeni hərəkat yaradıblar

02-03-2018 14:14 / Bu xəbər 2528 dəfə oxundu

"Bu hərəkat Azərbaycanda hakimiyyət dəyişikliyinə kimi davamlı fəaliyyət göstərəcək”

Avropada yaşayan bir qrup azərbaycanlı fəal Berlin şəhərində toplaşaraq yeni hərəkatın təməlini qoyub. 

Bu barədə onların videomüraciətində deyilir. 

Hərəkatın tərkibində Orduxan Teymurxan, Tural Sadıqlı, Rəsul Mürsəlov, Məhəmməd Mirzəli, Tural Həsənzadə və digər siyasi fəallar var.

Videomüraciətdə bildirilir ki, Avropada yaşayan fəalların başlatdığı bu hərəkat Azərbaycanda hakimiyyət dəyişikliyinə kimi davamlı fəaliyyət göstərəcək. 

Fəallar dünyada və Azərbaycanda yaşayan bütün azərbaycanlılara səslənərək siyasi proseslərdə yaxından iştirak etməyə və onlara dəstək verməyə çağırıb. 

Son zamanlar Avropada yaşayan bu fəalların Azərbaycandakı ailələrinə qarşı təzyiqlər yaranıb.///meydan.tv