Mühasirəni yarmağa cəhd etdik...

Mühasirəni yarmağa cəhd etdik...

24-10-2016 16:32 / Bu xəbər 1345 dəfə oxundu

İsa Qəmbər

1992-1993 hakimiyyət dövründə hər bir həmkarlar ittifaqının və onların federasiyasının tam müstəqil və yetkin fəaliyyət göstərə bilməsi üçün gərəkən hüquqi bazanı və münaisbətlər sistemini qurmağa çalışırdıq.

Nəzəriyyəni bilən, maraqlı müşahidələri və mülahizələri olan gənclərin bizim hərəkat haqda çox az bilgiyə malik olduqlarına təəssüflənirəm.

1988-1991 hərəkat dönəmində bizim ən çox diqqət yetirdiyimiz istiqamətlərdən biri əmək kollektivləri idi.

İnsanların əmək hüquqlarını daim müdafiə edirdik, onlara bu hüquqları izah edirdik (onlardan bəziləri bu problemləri bizdən də yaxşı bilirdilər). Müəssisələrdəki həmkarlar ittifaqlarını müstəqilləşdirmək, bu mümkün olmayanda paralel yeni həmkarlar ittifaqları yaratmağa çalışırdıq. Ümumi ictimai fəallıq, xüsusən böyük müəssisələrdə fəhlələrin buna hazır olması işimizə yarayırdı.

1992-1993 hakimiyyət dövründə hər bir həmkarlar ittifaqının və onların federasiyasının tam müstəqil və yetkin fəaliyyət göstərə bilməsi üçün gərəkən hüquqi bazanı və münaisbətlər sistemini qurmağa çalışırdıq.

1993-dən bu tərəfə də bu istiqaməti unutmamışdıq. Lakin əmək kollektivlərinin, həmkarlar ittifaqlarının nə qədər böyük qüvvə olduğunu rejim də başa düşürdü. Məhz buna görə rejim hər zaman çalışıb ki, böyük əmək kollektivləri yaranmasın, müstəqil həmkarlar ittifaqları yaradılmasın, siyasi qüvvələr müəssisələrdən və ümumən cəmiyyətdən təcrid olunsun. Biz bu mühasirəni yarmağa, yeni, müstəqil həmkarlar ittifaqları yaratmağa çalışan ictimai fəallara dəstək verməyə dəfələrlə cəhd etmişik. Müxtəlif obyektiv-subyektiv səbəblərdən mümkün olmayıb.

İcitmai fəallığın yeni mərhələsində, məncə, mümkün olacaq. 

Bastainfo.com