Mikayıl Cabbarov onun yerinə təyin edildi

Mikayıl Cabbarov onun yerinə təyin edildi

05-12-2017 17:20 / Bu xəbər 2759 dəfə oxundu

Prezident İlham Əliyevin sərəncamı ilə Vergilər naziri Fazil Məmmədov tutduğu vəzifədən azad edilib. 

Dövlət başçısının digər sərəncamına əsasən, təhsil naziri Mikayıl Cabbarov vəzifəsindən azad edilərək, vergilər naziri təyin edilib.

Təhsil nazirliyinə kimin təyin edildiyi və ya Fazil Məmmədova vəzifə verilib verilməyəcəyi hələlik məlum deyil.

Mikayıl Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda anadan olub. Əmək fəaliyyətinə 1995-ci ildən bank sektorunda başlayıb, 1999-2002-ci illərdə özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib.

2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb.

Prezidentin 2009-cu il 6 mart tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Prezidentin 19 aprel 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsinə təyin edilib. Evlidir, 2 övladı var.

Fazil Mәmmәdov 28 mart 1964-cü ildә Şamaxı rayonunda anadan olub. 1985-ci ildә D.Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutunun maliyyә-kredit fakültәsini bitirib.

1995-1999-cu illәrdә Dövlәt Gömrük Komitәsinin Maliyyә-Tarif vә Valyuta Nәzarәti Baş İdarәsi rәisinin müavini vә rәisi, hәmin sahә üzrә Gömrük Komitәsi sәdrinin müavini vәzifәsindә çalışıb.

1999-cu il iyun ayının 20-dә Azәrbaycan Respublikası Prezidentinin fәrmanı ilә Baş Dövlәt Vergi Müfәttişliyinin rәisi tәyin edilib. 2000-ci il fevral ayının 11-dә prezidentin fәrmanı ilə Vergilәr Naziri tәyin edilib.

Azərbaycan Güləş Federasiyasının prezidentidir.