“Milla”dan mənimsənilən pullar: Adil Məmmədzadə iranlı iş adamını necə aldadır?

“Milla”dan mənimsənilən pullar: Adil Məmmədzadə iranlı iş adamını necə aldadır?

25-09-2017 10:57 / Bu xəbər 1916 dəfə oxundu

Məşhur "Milla” ("AZFP Co. LTD” MMC) şirkətində işçilərin qanunsuz olaraq işdən çıxarılması barədə məlumat yayılmışdı.  

Məlumatda bildirilirdi ki, "AZFP Co. LTD” MMC-nin satış departamentinin müdiri Adil Məmmədzadə işdən çıxardığı işçilərin yerinə öz yerlilərini işə götürür. Şirkətin şirkətin satış və nəqliyyat departamentində işləyənlərin böyük əksəriyyəti Gədəbəy rayonundan olanlar təşkil edir. Başqa rayondan olanlar müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılmaqdadır.
AzToday.az-a daxil olan məlumata görə, Adil Məmmədzadənin diskriminasiya siyasəti davam etdirilməkdədir. Son günlər bir-neçə işçi də müxtəlif bəhanələrlə "Milla”dan çıxarılıb. Şirkətdən verilən məlumata görə, mövsümi işlərdə çalışan satış nümayəndələrindən (ekspeditor) gələn il iş yerini saxlamaq adı altında böyük miqdarda pul tələb edilir. Bu tələbə əməl etməyənlərin isə gələn il Adil Məmmədzadənin yerliləri ilə əvəz olunacağı gözlənilir.

Məlumatlarda deyilir ki, şirkət rəhbərliyinin "Milla”da baş verən qanunsuzluqlardan xəbəri yoxdur və bütün işlərin başında Adil Məmmədzadə və onunla əlbir olan şəxslər dayanır. Hələlik biz bu məlumatlara inanmaq zorundayıq. Çünki iranlı iş adamının faktiki rəhbərlik etdiyi şirkətdə əksər işçilərin gədəbəyli olması məntiqini də başa düşmək olmur. Görünür, Adil Məmmədzadə "Milla”nın bazardakı inhisarçılığından (faktiki olaraq hazırda "Milla”nın daxili bazarda rəqibi yoxdur – red.) maksumum istifadə etməklə satış faizini əvvəlki illərlə müqayisədə artırdığından rəhbərlik ondan razıdır. Amma işçilərin verdiyi məlumatlardan aydın olur ki, Adil Məmmədzadə və onunla əlbir olan şəxslərin maxinasiyaları olmasaydı şirkət daha çox qazanc əldə edə bilərmiş. Hazırda da isə şirkətin qazancının bir hissəsi edilən maxinasiyalar nəticəsində mənimsənilir.

Şirkətdə edilən maxinasiyalar isə bunlardır: Şirkətin məhsulları marketlərə baha qiymətə veririlir. Yaranmış qiymət fərqi isə mənimsənilir. Başqa tərəfdən "Milla”nın maşınlarında baş şirkətin məhsulları da daşınır və buna görə əlavə pul alınır. Həmçinin, "Milla”nın marketlərdəki soyuducularından da oxşar məqsədlər üçün istifadə olunur. Ən başlıcası isə satış nümayəndələrinə çatmalı olan faizlərə də göz dikilir və s. Baş verənlərdən xəbəri olan və Adil Məmmədzadənin tələblərinə əməl etməyən işçilər işdən uzaqlaşdırılır. Onların yerinə Adil Məmmədzadə tanış və yerlilərini işlə təmin etməklə rahat şəkildə maxinasiyalar həyata keçirir…

Şirkətdə adi bi yoxlama həyata keçirilərsə satışda edilən maxinasiyaların üzə çıxacağını deyən işçilər rəhbərliyin nə üçün bu addımı atmadığını başa düşə bilmədiyini də sözlərinə əlavə etdilər.

Məhz bütün baş verənlərin nəticəsində şirkətdə satış nümayəndəsi olaraq işə başlayan və hazırda satış departamentinə rəhbərlik edən Adil Məmmədzadə oliqarx həyat tərzi keçirir. Onun Bakının bir çox ünvanlarında bahalı mənzillərə sahib olduğu da bizə çatan məlumatlar sırasındadır. Məlumatlarda bildirilir ki, Adil Məmmədzadnin Fatmayı kəndindəki villası – bahalı malikanəsinə hətta nazirlər belə həsəd apara bilər. Bütün bunlar məhz "Milla”da qazanılan pullarla həyata keçirilib.

"Milla”nın imkanları hesabına oliqarxa çevrilən Adil Məmmədzadənin bununla kifayətlənməyib, ad günlərində işçiləri məcbur etdirib, özünə bahalı hədiyyələr aldığı bildirilir.

Məsələ ilə bağlı "Milla"dan münasibət öyrənmək mümkün olmayıb.///aztoday.az