“Milli fədailər” adlı qrup jurnalisti təhdid edir

“Milli fədailər” adlı qrup jurnalisti təhdid edir

04-09-2019 15:37 / Bu xəbər 1117 dəfə oxundu

"Milli fədailər" adlı hakimiyyətyönlü qrupu daha bir jurnalisti hədələyib.

Bu barədə Turan İA məlumat verib.

Məlumata görə, "Yüksəliş Naminə" qəzetinin baş redaktoru Elçin Həsənzadənin bildirdiyinə görə "Milli fədailər" adlı hakimiyyətyönlü qrupun üzvü Fərid Abdinov adlı şəxs tərəfindən  sosial şəbəkədə təhqir və hədələrə məruz qalıb.

"Bu hədələrə səbəb isə bu şəxsin avqustun 31-də "Milli fədailər" adlı hakimiyyətyönlü qrupun mətbuat xidmətinin rəhbəri kimi özünü təqdim edən Fuad Muradovun AXCP-ni təhqir edən video cixişına etiraz olaraq yazdiğı rəy olub. 

Mən də ona ən ümumi şəkildə cavab vermişəm. Bundan sonra telefonumu tapıblar, zəng edərək hədələyir, evimə basqın edəcəyini bildirir", - deyə Elçin Həsənzadə insidentin səbəbi barədə bildirib.

Jurnalist bu hədələrlə bağlı həmin gün (DİN) 102 cagri mərkəzinə zəng edib baş verənlərlə baglı məlumat verdim, onlarda zəngi yönləndirib Mingecevir Baş Polis İdaresinə.

"Mingəcevirdə yaşadığım ərazinin sahə müvəkkili mənə zəng edərək sabah izahat yazmaq ücün bölməyə dəvət edib", - jurnalist deyib.

E.Həsənzadə hesab edir ki, bu qrupların belə davranışı hakimiyyətdə olan müəyyən dairələrin sifarişi ilə baş verir və buna da səbəb sosial şəbəkədə ictimai fikrin formalaşnasinda fəal olmasıdır.