Milli Məclis özünü buraxmaq üçün xüsusi iclas çağırdı

Milli Məclis özünü buraxmaq üçün xüsusi iclas çağırdı

29-11-2019 13:27 / Bu xəbər 555 dəfə oxundu

İclas dekabrın 2-də keçiriləcək

Dekabrın 2-də parlamentdə Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların parlamentin buraxılması ilə əlaqədar müraciətə baxılacaq. Bunu Milli Məclisin iclasında spiker Oqtay Əsədov elan edib.

Onun sözlərinə görə, bu məsələnin müzakirəsi üçün Milli Məclisin dekabrın 2-nə təyin edilən xüsusi iclası çağırılıb və gündəliyinə yalnız bir məsələ - parlamentin buraxılmasının müzakirəsi daxil edilib.

YAP Siyasi Şurası noyabrın 28-də keçirilən iclasında parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.