Milli Məclisin “Porsche” satan şöbə müdiri kimin oğludur?

Milli Məclisin “Porsche” satan şöbə müdiri kimin oğludur?

13-05-2020 15:31 / Bu xəbər 1573 dəfə oxundu

Sosial şəbəkələrdə Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədova məxsus olduğu iddia edilən "Porsche” markalı avtomobilin satışa çıxarıldığı ilə bağlı məlumat yayılıb. 

Məlumatda qeyd olunur ki, İlkin  Məmmədov "Turbo.az" saytında avtomobilini satışa çıxarıb. 

Eyni zamanda, sosial şəbəkə hesabında da avtomobillə bağlı  məlumat yerləşdirib. 

İlkin Məmmədov mətbuata verdiyi açıqlamada bildirib ki, avtomobil ona məxsus deyil və dostunundur: "Bir ay əvvəl məndən xahiş etmişdi ki, elanı səhifəmdə paylaşım. Mən də burada heç bir qəbahət görmürəm və elanı paylaşmışam".

Bizimxeber.az-ın araşdırmasına görə, Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov sabiq spiker Oktay Əsədovun yaxın qohumudur. Həmçinin "Porsche” markalı avtomobilin ona məxsus olmadığını iddia edən İlkin Məmmədov Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin balansında fəaliyyət göstərən "Azadlıq" və "Respublika" qonaq evinin müdiri İradə Nəriman qızı Babayevanın oğludur. 

İradə Babayevanın adı mətbuatda  çoxsaylı və dəbdəbəli  mülkləri xaricilərə kirayə verərək özünə biznes sahəsi yaradan xanım məmur kimi keçib.

Qeyd edək ki, İlkin Məmmədov " Porsche Boxter GTS” avtomobilni 54 min dollara (təxminən 92 min manata) satışa çıxarıb. 

Elanda qeyd olunub ki, bu komplektasiyada Azərbaycanda ikinci avtomobil yoxdur.