Milli Şura mitinq keçirdi - VİDEO

Milli Şura mitinq keçirdi - VİDEO

29-10-2017 05:47 / Bu xəbər 1101 dəfə oxundu

Oktyabrın 28-də Milli Şura Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul”) mitinq keçirib. 

Aksiyanın şüarı "Talana yox” olub.

Milli Şuranın ilk "Talana yox” mitinqi sentyabrın 23-də keçirilib. Növbəti aksiya isə oktyabrın 7-də olub. Aksiyalarda Milli Şura rəhbərliyi hökumətin neft siyasətini kəskin tənqid edib. 

Bildirilib ki, Azərbaycanın neft siyasəti xalqın yox, Əliyevlər ailəsinin maraqlarına xidmət edir. Milli Şura rəhbərliyinin fikrincə, Azərbaycanda korrupsiyanın başında birbaşa prezident İlham Əliyev durur.

Aksiyalarda iştirak edən onlarla insan işdən çıxarılıb, mitinqöncəsi həbs edilib. Milli Şura bəyan edib ki, inzibati həbslər, işdən çıxarılmalar aksiyanın kütləviliyinin qarşısını almağa xidmət edir.

Ancaq prezident İlham Əliyev də mitinqlərə münasibətdə bildirib ki, ölkədə sərbəst toplaşmaq azadlığı təmin edilir. Sadəcə, prezidentin fikrincə xalq belə aksiyaları dəstəkləmir.

Demokratik Qüvvələrin Milli Şurası 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılıb.