Milli Şuranın İcra Hakimiyyətinin qarşısında aksiya keçirməsinə icazə verildi

Milli Şuranın İcra Hakimiyyətinin qarşısında aksiya keçirməsinə icazə verildi

03-10-2019 18:00 / Bu xəbər 1652 dəfə oxundu

Oktyabrın 8-də saat 12-də Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında sərbəst toplaşmaq hüququnun bərpası ilə bağlı piket keçirəcək.

Bakı Şəhər İcra Hakimiyyəti oktyabrın 3-də Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) piket keçirməyə icazə verib. İcazə kağızında bildirilir ki,oktyabrın 8-də 15:00-dan 16:00-dək İcra Hakimiyyətinin inzibati binası ilə Azərbaycan Dövlət İqtisadi Universiteti arasında yerləşəın ərazidə keçirməyə etiraz etməyib

İcra Hakimiyyəti onu da bildirib ki, piketdə səsləndirələcək şüarlara və piketə qatılacaq insan sayısına nəzarət edilməlidir.

AXCP sədri Əli Kərimli bildirib ki, aksiyada AXCP və Milli Şuranın fəlalları iştirak edəcək.

Piketin keçirilməsinə səbəb Milli Şuranın sentyabrın 28-də mitinq keçirmək barədə xəbərdarlıq məktubuna Bakı Şəhər İcra Hakimiyyəti qanedici cavab verməməsi olub.

Milli Şuranın mitinq keçirmək üçün paytaxtın mərkəzi hissələrində təklif etdiyi 3 yerdən heç birinə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verməyib. 

İcra hakimiyyəti aksiyanın şəhərdən kənardakı Lökbatan qəsəbələrdə keçirilməsini təklif edib.

Milli Şura icra hakimiyyətinin təklifini qəbul etməyib, mitinqin paytaxtın mərkəzi hissəsindəki meydanlardan birində keçirəcəyində israrlı olduğunu bildirib.

Bu il yanvarın 19-da Milli Şuranın keçirdiyi mitinqdən sonra ölkədə hər hansı siyasi təşkilatın kütləvi aksiya keçirməsinə razılıq verilməyib.

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 5-dən çox aksiyasını münasib saymayıb.

Qurum bunu Milli Şuranın son mitinqində qanunvericiliyin tələblərinin pozulması və aksiyanın keçirildiyi ərazidən vətəndaşların şikayəti ilə izah edib.

Onda aksiya Bakının Yasamal rayonundakı "Məhsul” stadionunda keçirilmişdi. Bu yaxınlarda həmin stadionda təmir işlərinə başlanıb.

Milli Şura isə Bakı Şəhər İcra Hakimiyyətinin cavablarını "bəhanə" adlandırıb.