Minlərlə fəal, müxalifətçi Tbilisidə etiraz edib

Minlərlə fəal, müxalifətçi Tbilisidə etiraz edib

15-11-2019 09:38 / Bu xəbər 249 dəfə oxundu

Gürcülər seçki islahatlarının rədd olunmasından qəzəbləniblər

Minlərlə insan Gürcüstan paytaxtının mərkəzində parlamentin bu yay etirazçılar tərəfindən tələb olunan seçki islahatını rədd etməsindən sonra qəzəblərini ifadə etmək üçün etiraz edirlər, - RFE/RL xəbər verir.

Proporsional seçki sisteminə keçidlə bağlı konstitusiya dəyişikliyi noyabrın 14-də birinci oxunuşda rədd edilib. Belə ki, seçki sistemini dəstəkləyən səslərin sayı tələb olunan minimuma çata bilməyib.

Ardından müxalifət tərəfdarları və fəallar Tbilisidəki parlament binasının qarşısına toplaşaraq hökumətin istefasını tələb ediblər. Onlar şəhərin əsas magistral yolunda nəqliyyatın hərəkətini bağlayıblar.

Seçki sistemini 2020-ci ildən etibarən qarışıq sistemdən proporsional sistemə keçirmək iyun və iyul aylarında Tbilisidə həftələrlə mitinq keçirən minlərlə nümayişçinin tələblərindən biri olub.

Çevik polis məmurları parlamentə basqın etməyə çalışan qəzəbli kütləni geri qaytarmaq üçün rezin güllələr və su toplarından istifadə edib. 240-dan çox insan yaralanıb.

Gürcü Arzusu Partiyasının lideri, maqnat Bidzina İvanişvili partiyanın seçki qaydalarını dəyişməyə hazır olduğunu açıqlayıb.

Ancaq qanun layihəsinə yalnız 101 millət vəkili səs verib, onun keçməsi üçün ən az 113 səs tələb olunur.

Parlamentin spikeri Arçil (Archil) Talakvadze iclasdan sonra 2020-ci il parlament seçkilərinin qarışıq sistem altında keçiriləcəyini söyləyib.

Gürcüstan parlamentinin üzvləri, o cümlədən qanun layihəsinə səs verən spiker müavini Tamar Xangoşvili hakim "Gürcü Arzusu” koalisiyasından istefa verib, digər partiyalar küçə etirazlarına çağırış edib.///Meydan.tv