Mirmehdi Ağaoğlunun yeni kitabı çap olundu - FOTO

Mirmehdi Ağaoğlunun yeni kitabı çap olundu - FOTO

13-11-2015 14:28 / Bu xəbər 1661 dəfə oxundu

Yazıçı Mirmehdi Ağaoğlunun "Bu gün səbr elə” adlı yeni kitabı çapdan çıxıb. 

Kulisin məlumatına görə "Ol” nəşriyyatında işıq üzü görən kitaba müəllifin eyni adlı romanı daxildir. 

Roman rayonda Bakıya dolanışıq dalınca gəlib kirayədə yaşayan və borc-kredit içində boğulan bir ailənin düşdüyü tragikomik vəziyyəti anladır. 

"Bu gün səbr elə” müəllifin sayca üçüncü kitabıdır. 

Kitabın təqdimatı yaxın günlərdə keçiriləcək. 

Arqument.az