Misir Mərdanov “MTN işi”ndən danışdı

Misir Mərdanov “MTN işi”ndən danışdı

09-01-2017 18:08 / Bu xəbər 589 dəfə oxundu

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) fəaliyyət göstərmiş mütəşəkkil cinayətkar dəstənin daha bir qrup üzvünün işi baxılmaq üçün məhkəməyə göndərilib.

Bu qrupa MTN-in Monitorinq Mərkəzinin rəhbəri olmuş general Teymur Quliyev, Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, onun müavini, polkovnik Füzuli Əliyev və digərləri daxildir.

Bu iş üzrə zərərçəkənlərdən biri də keçmiş təhsil naziri Misir Mərdanovun xalası oğlu kimi təqdim olunan, uzun müddətdir tikinti biznesində fəaliyyət göstərmiş Allahverdi Dəmirovdur.

İstintaq materiallarından belə məlum olur ki, Allahverdi Dəmirov 2015-ci ilin oktyabr ayında işdən çıxarılıb. Məsələ ilə bağlı Modern.az saytı keçmiş təhsil naziri Misir Mərdanovla  əlaqə saxlayıb.

Misir Mərdanov saytımıza açıqlamasında bunları deyib.

"”MTN-işi” ilə bağlı haqqımda yayılan məlumatlar yalandır. Mənim o adda xalam oğlu yoxdur. Gedin axtarın görün kimin xalası oğludur?!”.

"Bəs bu cür informasiyalar haradan qaynaqlanır?” sualına keçmiş təhsil naziri gülərək belə cavab verib.

"Düzü, haqqımda belə informasiyaların haradan qaynaqlandığını bilmirəm. Hər halda, siz jurnalistlər yazırsız. Mən hardan bilim bunları!”.

Arqument.Az