Mitinqə çağırış edən Sahil Rzayev ''karsa'' salınıb

Mitinqə çağırış edən Sahil Rzayev ''karsa'' salınıb

29-03-2018 19:47 / Bu xəbər 2082 dəfə oxundu

15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan "Müsəlman Birliyi” hərəkatının üzvü Sahil Rzayev 15 sutka "kars”a salınıb.

Buna səbəb Sahil Rzayevin hər kəsi 31 mart müxalif qüvvələrin mitinqinə çağırmasıdır.

Bu barədə Meydan TV-yə məhbusun atası Xalid Rzayev danışıb.

O, Cəzaçəkmə Müəssisəsinin rəisi ilə görüşdüyünü bildirib:

"Oğlumu Qobustan həbsxanasına göndərməklə hədələyirlər. Rəislə görüşdə səbəbləri soruşdum, bildirdi ki, oğlunuz mitinqə çağırış etdiyi üçün "kars”a salınıb, bu çağırış dövlət əleyhinə çıxmaqdır. Mən ona paytaxt icra hakimiyyətinin mitinqə icazə verdiyini xatırladıb dedim ki, onda Hacıbala Abutalıbovu da cəzalandırmaq laızmdır. Bəs niyə cəzalandırmırlar? Rəis heç nə demədi”.

Xalid Rzayevin sözlərinə görə, ona 20 dəqiqə əvvəl naməlum nömrədən zəng edib oğlunun intihar etdiyini söyləyiblər:

"Hazırda çox narahatam, bilmirəm kiminlə əlaqə saxlayım”.

Sahil Rzayev "Nardaran işi” ilə bağlı həbs edilib. Ötən il Cinayət Məcəlləsinin 233 və 315-ci maddələri ilə ittiham olunaraq 6,5 il azadlıqdan məhrum olunub.

Sahil Rzayev eyni zamanda, "Hicab aksiyası” görə 2 il azadlıqdan məhrum edilmişdi.