Mitinqə yenə icazə verilmədi

Mitinqə yenə icazə verilmədi

20-02-2019 18:28 / Bu xəbər 1286 dəfə oxundu

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın fevralın 23-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

"Report”un xəbərinə görə, BŞİH-də müraciətə baxılıb və Milli Şuranın Yasamal rayonu, İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib. 

Bununla bağlı təşkilatçılara məlumat verilib.

Milli Şuranın sonuncu mitinqi yanvarın 19-da keçirilmişdi. 

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 26 yanvar mitinqinə də icazə verməmişdi.