Müsavat AKM Almaniyada aksiya keçirdi

Müsavat AKM Almaniyada aksiya keçirdi

15-07-2017 11:40 / Bu xəbər 1544 dəfə oxundu

Iyulun 14-də Müsavat AKM (Avropa Koordinasiya Mərkəzi) Almaniyanın Frankfurt şəhərində, Ermənistan konsulluğunun binası qarşısında etiraz mitinqi keçirib.

Aksiyada Ermənistan silahlı qüvvələrinin Füzuli rayonun Alxanlı kəndinə hücumu nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının həlak olmasına etiraz nümayiş etdirilib.

Aksiyada "Vandalizmə son!”,  "Erməni terroruna son!”, "Zəhralar ölməsin!”, "Terorist Sarkisyan!”, "Qarabağa azadlıq!” şuarları səslənib. 

Bu haqda "Basta”ya Müsavat AKM-in təmsilçilərindən biri Əhməd Cəlaloğlu məlumat verib.

Əhməd Cəlaloğlu bildirib ki, aksiyada müsavatçılarla Ermənistan konsulluğunun nümayəndələri arasında qarşıdurma yaranıb.

"Almaniya hökümətindən icazə almağımıza baxmayaraq, Erməmistan konsulluğunun nümayəndələri mitinqimizə mane olmaq isdədilər. Böyük mübahisələr oldu. Mühacir müsavatcıların sərt duruşu və AKM sədri İlham Həsənin böyük fədakarlığı sayəsində konsulluq önündə mitnqimiz baş tutdu. Müsavat AKM Avstriya koordinatoru çıxış edərək, teroru lənətlədi. Müsavat AKM Bayern koordinatoru Akif Nağıyev çıxışında bir döyüşcü kimi terrorçu Ermənistanın iç üzünü ortalığa qoydu. Bəyanatları almanca İlham Həsən, ingiliscə Aybəniz Ağayarova, azərbaycanca Günel Həsənova səsləndirdilər”, – Əhməd Cəlaloğlu bildirib.

Müsavat AKM bundan əvvəl Avropanın bir sıra şəhərlərində "Siyasi məhbuslara azadlıq!”, "Korrupsiyaya son!” və digər şüarlarla mitinqlər keçirib.