Müsavat AKM-in Avstriya koordinatorluğu təsis konfransı keçirib

Müsavat AKM-in Avstriya koordinatorluğu təsis konfransı keçirib

20-06-2017 02:31 / Bu xəbər 1012 dəfə oxundu

İyunun 18-də Avstrшyann Vorarlberg şəhərində Müsavat AKM-in bu ölkə üzrə koordinatorluğunun təsis konfransı keçirilib. 

Konfransda Azərbaycandakı ictimai-siyasi vəziyyət müzakirə olunub. 

Araşdırmaçı jurnalist Əfqan Muxtarlının yaşadığı Gürcüstandan oğurlanaraq Azərbaycana qaytarılması pislənib. 

Konfrans iştirakçıları Azərbaycan hakimiyyətindən jurnalistin, eləcə də digər siyadi məhbusların dərhal azad olunmasını tələb ediblər. 

Yığıncaqda Samir Quliyev yekdilliklə koordinatorluğun sədri seçilib.