Müsavat AKM-in keçirdiyi konfrans başa çatdı

Müsavat AKM-in keçirdiyi konfrans başa çatdı

22-10-2016 21:53 / Bu xəbər 1050 dəfə oxundu

Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (AKM) Almaniyanın Frankfurt şəhərində keçirdiyi konfrans başa çatdı.

AKM üzvü, bugünkü konfransın sədri Yafəz Əkrəmoğlunun "Basta”ya verdiyi məlumata görə artıq nəticələr elan olunub.

Seçkinin nəticələri belədir: İlham Həsən sədr, 3 MNTK üzvü, 11 Məclis üzvü seçilib.

Onu da əlavə edək ki, Almaniyada səfərdə olan Müsavat başqanı Arif Hacılı, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, başqan müavini Yadigar Sadıqov və Məclis üzvü Nazim Azadoğlu da konfransda iştirak edib.

Müsavata və Azərbaycan xalqına xeyirli olsun!///"Basta”