Müsavat başqanı ABŞ Dövlət Departamentində

Müsavat başqanı ABŞ Dövlət Departamentində

15-05-2019 10:17 / Bu xəbər 772 dəfə oxundu

Müsavat başqanı Arif Hacılı ABŞ Dövlət Departamentində Departamentin Qafqaz məsələləri və Regional Münaqişələr şöbəsinin direktoru Alisiya Ellisonla görüşüb.

Bu barədə Arif Hacılı feysbukda yazıb.

"ABŞ Dövlət Departamentində Departamentin Qafqaz məsələləri və Regional Münaqişələr şöbəsinin direktoru Alisiya Ellisonla görüşdüm. Görüşdə Azərbaycanda insan haqları, demokratik hüquq və azadlıqlar, siyasi məhbuslar mövzusunda müzakirələr apardıq. Regional qarşılıqlı münasibətlər, Qarabağ probleminin həlli və digər məsələlər barədə mövqeyimizi açıqladım. Görüşdə həmçinin ABŞ Azərbaycaan münasibətlərinin bəzi aspektləri müzakirə olundu", - deyə Müsavat başqan qeyd edib.